"Qalatasaray"ın hücumçusuna Çindən təklif var

"Qalatasaray"ın hücumçusuna Çindən təklif var
09:17 5 Yanvar 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın hücumçusu Burak Yılmaz karyerasını Çində davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu "Şanxay Şenhua" klubunun maraq dairəsinə düşüb.

Çin təmsilçisi Türkiyə millisinin üzvü üçün 5 milyon avrosundan keçməyə hazırdır. "Qalatasaray"ın baş məşqçisi Mustafa Dənizli də Burakı komandada saxlamaq istəyir. Bu səbəbdən İstanbul təmsilçisinin rəhbərliyi "Şanxay Şenhua"ya cavab verməkdə qərarsız qalıb.

Qeyd edək ki, 2012-ci ildə "Trabzonspor"dan "Qalatasaray"a transfer olunan Burak keçirdiyi 102 oyunda 63 qol vurub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR