"Charlie Hebdo" yenə əxlaqsızlıq etdi - FOTO

"Charlie Hebdo" yenə əxlaqsızlıq etdi - FOTO
09:47 5 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə dərc olununan "Charlie Hebdo" jurnalının xüsusi sayı böyük qalmaqal yaradıb. Bu say sabah satışda olacaq.

Milli.Az The Guardian-a istinadən bildirir ki, satirik jurnalın xüsusi sayı redaksiyaya terrorçuların hücumunun ildönümünə həsr olunub.

Yeni sayda ötən il redaksiyadakı gülləbaranda həlak olmuş 5 rəssamın karikaturaları yer alıb.

Xüsusi sayın üz qabığında əynində qana batmış paltar, ayaqlarında səndəllər, əlində avtomat olan "qatil Tanrı" təsvir olunub.

Redaksiya bu minvalla ötənilki teraktı törədənlərin hələ də həbs olunmadığına işarə vurur.

"Charlie Hebdo"nun yeni sayı Fransada böyük qalmaqal yaradıb. Ölkədəki ən müxtəlif dini qurumların nümayəndələri olaya kəskin etirazlarını bildiriblər.

"Qanlı terror aktının qurbanları arasında dindarlar da vardı. Onlar belə iyrənc karikaturanı görsəydilər, özlərini təhqir olunmuş sayardılar. Anlaya bilmirəm, heyrətdəyəm. Bu karikatura sadəcə, əxlaqsızlıqdır. Jurnal əxlaqsızlıq edir və bunu qətiyyətlə deyirəm", - Versal diosezinin keşişi, abbat Pyer Amar deyib.

"Charlie Hebdo" jurnalı ötən il ərzində dəfələrlə təhqiramiz karikaturalar dərc edib.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR