Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mövqelərimiz erməni silahlı bölmələri tərəfindən 127 dəfə atəşə məruz qalıb

Mövqelərimiz minaatanlardan atəşə tutuldu (29 Mart 2017 09:58)
Atəşkəs 125 dəfə pozulub (29 Mart 2017 09:54)
Düşmən bu gecə atəşkəsi 125 dəfə pozdu (29 Mart 2017 09:26)

Tarix: 5 Yanvar 2016 09:48

Bakı. Trend:

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 127 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 130 dəfə atəş zərbəsi endirib.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Mövqelərimiz erməni silahlı bölmələri tərəfindən 127 dəfə atəşə məruz qalıb



RƏYLƏR


Top xəbərlər