Türkiyənin Konya vilayətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 24 nəfərsə xəsarət alıb.
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, hadisəyə yolun buz bağlaması səbəb olub. Ereyli rayonunda buzlu yoldan çıxan avtomobil qarşı yoldan gələn başqa avtobusla toqquşub. Nəticədə avtobuslardan biri aşıb.
Milli.Az