Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səbaildə törədilən qətlin üstü “isti izlər”lə açılıb

Səbaildə törədilən qətlin üstü “isti izlər”lə açılıb

Lənkəranda baş həkimin ölümüylə bağlı MARAQLI DETALLAR (28 Mart 2017 00:33)
Vladimir Putin: “Rusiyada törədilən cinayətlərin təxminən yarısının üstü açılmır” (09 Mart 2017 15:07)
Azərbaycanda iki bacını öldürən şəxs yaxalandı - RƏSMİ MƏLUMAT (24 Fevral 2017 12:44)

Tarix: 5 Yanvar 2016 10:13

Bakı. Trend:

Polis və prokurorluq orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Səbail rayonunda törədilən qətlin üstü “isti izlər”lə açılıb.

Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan verilən brigə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, yanvarın 4-də saat 06 radələrində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər alaraq, xəstəxanaya aparılarkən yolda vəfat edib.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. “İsti izlər”lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev tutulub.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Səbaildə törədilən qətlin üstü isti izlərlə açılıb



RƏYLƏR


Top xəbərlər