​Gürcüstanda siqaretlərin qiyməti 2-3 dəfə bahalaşıb

10:22 5 Yanvar 2016
120 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.
Məlumata görə, Tblisidə həmin firmanın istehsalı olan siqaretlərin qıtlığı yaranıb. Onları əldə etmək demək olar ki, mümkün deyil.
"Parlament" siqaretinin qiyməti 2 dollardan 4,2 dollara, "Marlboro" 1,3 dollardan 3,3 dollara, "Checterfild" 0,9 dollardan 2 dollara, "LM" təxminən bir dollardan 1,7 dollaradək bahalaşıb.
Gücürstanın Maliyyə Nazirliyi bildirib ki, siqaretlərin bəzi növlərinin qiymətinin qalxması aksiz dərəcəsinin dəyişməsi ilə əlaqədar deyil.
Qeyd edək ki, 2015-ci il dekabrın 11-də Gürcüstan parlamenti "Vergi məcəlləsi"ndə dəyişikliklər edib. Həmin dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən filtrli siqaretlər üçün yueni aksiz dərəcələri müəyyən edilib. Həmin dərəcəyə uyğun olaraq, ölkədə filtrli siqaretlərin qiyməti qalxıb. Hökumətin planına əsasən, tütün məmulatlarının qiyməti yaxın 8 ildə hər il qalxacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustan-siqaretlerin-qiymeti-2-3-defe-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR