Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Real Madrid"in yeni baş məşqçisi "Barselona" pərəstişkarı olub

"Real Madrid"in yeni baş məşqçisi "Barselona" pərəstişkarı olub

Date: 5 January 2016 10:22

Bakı. 5 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" futbol komandasının yeni baş məşqçisi Zinəddin Zidan vaxtilə "Barselona"nın pərəstişkarı olub. "Report"un məlumatına görə, yerli mətbuat Zidanın bu vəzifəyə təyinatından sonra video yayımlayıb. 
Həmin videoda fransalı veteran futbolçu Kataloniya təmsilçisinə simpatiyasını etiraf edir: "Yuventus" çox güclü komandadır. Uşaq vaxtı İtaliyada "Yuventus", İspaniyada "Barselona" üçün həyəcan keçirirdim". 
Qeyd edək ki, Zinəddin Zidan qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar istefaya göndərilmiş Rafael Benitesi əvəzləyib. Zidan "kral klubu" ilə 2018-ci ilədək müqavilə bağlayıb. Hazırda "Real Madrid" 18 turdan sonra İspaniya çempionatında 37 xalla 3-cü pillədə qərarlaşıb. 

Tags:  Real Madridin yeni baş məşqçisi Barselona pərəstişkarı olub

RƏYLƏR


Top news