​Bu gün Rasim Əliyevi döyərək öldürən futbolçuların məhkəməsi başlayır

​Bu gün Rasim Əliyevi döyərək öldürən futbolçuların məhkəməsi başlayır
10:32 5 Yanvar 2016
42 Sosial
Ölkə mətbuatı
A- A+

Həyat yoldaşını döyərək öldürən şəxsin məhkəməsi başladı (24 Fevral 2017 16:17)

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevi döyərək öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə başlayacaq.
"Report"un məlumatına görə, prosesə sədrliyi hakim Eldar İsmayılov edəcək.
Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.
Xatırladaq ki, həbs edilən şəxslərin bir neçəsi futbolçudur.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Virus “Honda”nın işini dayandırdı

24 İyun 2017 08:12

Qlobal trafik 71 eksabayta çatacaq

24 İyun 2017 08:12

Hibrid sərnişin dronu hazırlandı

24 İyun 2017 08:05

SOCAR Gürcüstanda yanacagın qiymətini dəyişəcək?

24 İyun 2017 08:05

Pakistanda 2 partlayışda 37 nəfər ölüb

24 İyun 2017 08:05

Formula 1 – Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir

24 İyun 2017 08:01

Mozambikdə 5,8 bal gücündə zəlzələ olub

24 İyun 2017 07:55

Tovuzda piyadanı vurub qaçıb

24 İyun 2017 07:52

BMT eyniləşdirmə sistemi hazırlayıb

24 İyun 2017 07:52

Azərbaycanda qiyabi oxuyanların sayı 2 dəfə azalıb

24 İyun 2017 07:50

DİN-in bazasında qumbara partladı - Ukraynada

24 İyun 2017 07:43

Süni intellekt bitkiləri qoruyacaq

24 İyun 2017 07:42

Bakıda qətl hadisəsi baş verib

24 İyun 2017 07:36

Ağaclardakı 7 otel - FOTO

24 İyun 2017 07:32

LTE GSM-i üstələyəcək

24 İyun 2017 07:32

Əl baqajı üçün skanerlər sınanır

24 İyun 2017 07:27

Bakıda 36 yaşlı kişi avtomobilində bıçaqlanaraq qətlə yetirilib

24 İyun 2017 07:27

Lənkəranda zəlzələ olub

24 İyun 2017 07:27

Məşhur müdafiəçi futbolla vidalaşdı

24 İyun 2017 07:19

DİN: Məkkədə planlaşdırılmış terror aktı ölkədən xaricdə hazırlanıb

24 İyun 2017 07:17

Dronlar divar arxasındakı obyektləri çəkəcək

24 İyun 2017 07:12

Bakıda gənc oğlan ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

24 İyun 2017 06:57

Dünyanın ən böyük ombalı qadını - FOTOLAR

24 İyun 2017 06:48

Bakıda taksi sürücüsü qəza törədib: xəsarət alanlar var

24 İyun 2017 06:32

Ancaq Rusiyada... - FOTO

24 İyun 2017 06:32

Çində 100-dən çox insan torpaq sürüşməsinin dağıntıları altında qalıb

24 İyun 2017 05:52

Təsadüfi şəkiliş - Maralların davası - VİDEO

24 İyun 2017 05:48

Fransanın Beynəlxalq Münasibətlər və Strateğiyalar İnstitutunun alimi: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib"

24 İyun 2017 05:37

Gənc centlmenin mənzili - FOTO

24 İyun 2017 05:32

Venesuelada parlamentə hücum - yaralılar var

24 İyun 2017 05:19

Venesuelada parlamentinin binasına hücum: 4 yaralı

24 İyun 2017 05:08

Venesuelada parlamentin binasına hücum olub

24 İyun 2017 05:07

Makiyaj edən oğlanlar - FOTOLAR

24 İyun 2017 04:53

İki yaşlı körpə dərmandan zəhərləndi

24 İyun 2017 04:39

Məşhurlaşan fotoqrafın əsərləri - FOTO

24 İyun 2017 04:32

Berluskoni: "Trampla müqayisədə onun xanımını daha çox bəyənirəm"

24 İyun 2017 04:12

Türkiyə XİN-i Pakistanda baş verən terror aktını pisləyib

24 İyun 2017 04:08

Məkkədə terror aktının qarşısı alındı

24 İyun 2017 03:53

Bakıda avtomobil yeniyetməni vurub

24 İyun 2017 03:42

“Qalatasaray” azarkeşlərinə şad xəbər

24 İyun 2017 03:34

Sevgini çəkən insan - FOTO

24 İyun 2017 03:32

ABŞ-da "F-16" qəzaya uğrayıb -

24 İyun 2017 03:31

Emmanüel Linkon: "Azərbaycanın sürətli inkişafı Yeni İpək Yolu" layihəsində rolunu əhəmiyyətli dərəcədə artırır"

24 İyun 2017 03:12

Gürcüstanda 31 yaşlı azərbaycanlı nazir müşaviri oldu

24 İyun 2017 02:49

Hindistanda Tramp kəndi

24 İyun 2017 02:48

Səudiyyə Ərəbistanında terrorçuların hücumununun qarşısını alınıb

24 İyun 2017 02:43

Astroloji proqnoz -

24 İyun 2017 02:40

Fotolara bənzəyən rəsmlər - FOTO

24 İyun 2017 02:32

Məkkədə terrorçu-kamikadze “Əl-Haram” məscidini partlatmaq istəyib

24 İyun 2017 02:29

İranın təhlükəsizlik qüvvələri terror qruplaşmasını zərərsizləşdirib

24 İyun 2017 02:17