Bakı yollarında yenilik (FOTO)

Bakı yollarında yenilik (FOTO)
10:36 5 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Bakının əsas yollarında yenilik. Paytaxtın bəzi yollarında işıqforlara sarı döyünən işıq əmri tətbiq edilib.

Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası gələn il iyun ayında keçiriləcək Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Asfalt örtüyünün təmiri ilə əlaqədar olaraq, Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun 2 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılmışdı. Bununla əlaqədar olaraq, Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində yerləşən işıqfora sarı döyünən işıq əmri tətbiq edilib.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.



Qran Pri ilə bağlı Bakı yollarında aparılan təmir işləri

Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) Avropa Qran-Prisinin keçirilmə vaxtının təstiqləyib. Bakı Qran Prisi iyun ayının 17-19-u keçiriləcək.

Həmçinin oxuyun:
Bakı lərzəyə gələcək - EKSKLÜZİV

Əbu-Dabidə Bakı Qran Prisinin təşviqatı baş tutdu (FOTO)

Bakıda avtomobillər saatda 340 km sürətlə idarə olunacaq – EKSKLÜZİV

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR