Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD cəlladının bacısı: "Onu özüm öldürəcəyəm!" - VİDEO - FOTO

İŞİD cəlladının bacısı: "Onu özüm öldürəcəyəm!" - VİDEO - FOTO

Date: 5 January 2016 10:37

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Britaniyanın 5 vətəndaşını casusluqda suçlayaraq edam etdiyi anların əks olunduğu videoda Londonu və baş nazir Devid Kemeronu hədələyən şəxsin kimliyi bilinib.
O, Britaniya vətəndaşı Siddhartha Dardır.
Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, Londondakı radikal islamçılar arasında tanınmış fiqur olan S.Dar terroru dəstəkləməkdə suçlanaraq həbs olunmuşdu. O, 2014-cü ilin sentyabrında zaminə buraxılandan iki gün sonra Britaniyanı tərk edərək Suriyaya yollanıb və İŞİD-ə qoşulub.

Britaniya məhkəməsi ona ölkəni tərk etməyi yasaqlasa da, S.Dar Londondan Parisə yollanıb, arvadı və uşaqları ilə birlikdə Suriyaya gedib.

Bir neçə həftə sonra isə o, yeni doğulmuş 4-cü övladını qucağında tutaraq şəkil çəkdirib və Suriyanın Rəqqa şəhərində çəkilmiş bu fotonu Twitter-dəki akkauntunda paylaşıb.

"Əbu Rümeyşə" olduğunu deyən S.Darın bir əlində körpə uşağı, bir əlində də "Kalaşnikov" avtomatı vardı.

O yazmışdı: "Britaniyanın çox bərbad təhlükəsizlik sistemi var və məhz bunun sayəsində bütün Avropanı keçərək buraya gəldim".

Britaniyada hindus ailəsində doğulmuş Siddhartha Dar sonradan islamı qəbul etmiş, adını dəyişərək "Əbu Rümeyşə" olmuş, Londondakı radikal islamçılara qatılmışdı.
30 yaşlı Dar ABŞ, İsrail və Yaxın Şərqdəki "despotik rejim"lərə qarşı keçirilən etiraz nümayişlərinə mütəmadi olaraq qatılırdı.

"Əbu Rümeyşə" olandan sonra BBC-yə verdiyi müsahibələrindən birində demişdi: "İŞİD Suriya və İraq arasındakı sərhədləri məhv etdiyi üçün dəstəyə layiqdir. Bu təşkilat İslam Xilafəti qurmaq istəyir. Həmin dövlət Şəriətlə, islam qanunları ilə idarə olunacaq. Mən də Xilafəti dəstəkləyirəm. Nəhayət ki, istədiyimiz olur və Şəriət qanunlarına əsasən yaşaya biləcəyik. Bu, böyük işdir. Bir müsəlman kimi Britaniyada Şəriətin bərqərar olmasını istərdim. Şəriət demokratiyadan qat-qat üstündür. Britaniya dəyərləri mənim üçün deyil. Mən müsəlmanam".

"Əbu Rümeyşə"nin bacısı Konika Dar isə dünən BBC-yə deyib: "Mənim artıq bu adda qardaşım yoxdur. Onu öz əllərimlə boğaram, öldürərəm. Bu adam artıq cəlladdır, terrorçudur. Britaniya hökumətindən xahiş edirəm ki, qardaşımı öldürsünlər, məhv etsinlər. O, ailəmizin qara ləkəsidir".

Əbu Rümeyşənin anası Sobita Dar isə oğlunun İŞİD cəlladı olduğuna hələ də inana bilmədiyini söyləyib.

Uoltemstou şəhərinin sakini Siddhartha Darın Suriyaya yollanaraq İŞİD-ə qoşulmasından əvvəl Londondakı "Əl Mühacirun" adlı radikal qruplaşmaya üzv olduğu da aşkarlanıb.

Bundan başqa onun Londonda hərbçi Fusleyr Li Riqbinin qatili Maykl Adebalojo ilə dost olduğu da deyilir.
 

Milli.Az

















Tags:  İŞİD cəlladının bacısı Onu özüm öldürəcəyəm VİDEO FOTO


RƏYLƏR


Top news