​Gürcüstanda siqaretin qiyməti 2-3 dəfə bahalaşdı

​Gürcüstanda siqaretin qiyməti 2-3 dəfə bahalaşdı
10:42 5 Yanvar 2016
133 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda "Philip Morris" firmasının istehsalı olan siqaretlərin qiyməti 2-3 dəfə artırılıb.

Milli.Az Report-a istinadən bildirir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.
Məlumata görə, Tblisidə həmin firmanın istehsalı olan siqaretlərin qıtlığı yaranıb. Onları əldə etmək demək olar ki, mümkün deyil.
"Parlament" siqaretinin qiyməti 2 dollardan 4,2 dollara, "Marlboro" 1,3 dollardan 3,3 dollara, "Chesterfild" 0,9 dollardan 2 dollara, "LM" təxminən bir dollardan 1,7 dollaradək bahalaşıb.
Gürcüstanın Maliyyə Nazirliyi bildirib ki, siqaretlərin bəzi növlərinin qiymətinin qalxması aksiz dərəcəsinin dəyişməsi ilə əlaqədar deyil.
Qeyd edək ki, 2015-ci il dekabrın 11-də Gürcüstan parlamenti "Vergi məcəlləsi"ndə dəyişikliklər edib. Həmin dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən filtrli siqaretlər üçün yeni aksiz dərəcələri müəyyən edilib. Həmin dərəcəyə uyğun olaraq, ölkədə filtrli siqaretlərin qiyməti qalxıb. Hökumətin planına əsasən, tütün məmulatlarının qiyməti yaxın 8 ildə hər il qalxacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR