Yeni il bayramı günlərində təcili yardıma edilən müraciətlərin sayı 10 faiz çox olub

Yeni il bayramı günlərində təcili yardıma edilən müraciətlərin sayı 10 faiz çox olub
10:43 5 Yanvar 2016
17 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Yeni il bayramı günlərində Azərbaycan Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin sayı adi günlər üzrə olan ümumi orta səviyyədən 10 faiz çox olub.

Stansiya baş həkiminin müavini Oqtay Şahmalıyev Trend-ə bildirib ki, dekabrın sonuncu günlərində müraciətlərin sayı 1800-1900 olub: “Bayram günlərində müraciətlərin sayı təxminən 10 faiz artraraq 2000-dən çox olub”.

O.Şahmalıyev qeyd edib ki, müraciətlərin arasında ürək-damar xəstəlikləri ilə bağlı edilən müraciətlərin sayı üstünlük təşkil edib. Müraciət edən qadın və kişilərin sayı təxminən eyni səviyyədə olub.

Baş həkimin müavininin sözlərinə görə, bayram günlərində bütün müraciətlərin təxminən 10-15 faizi uşaqlarla bağlı olub: “Uşaqlarla bağlı edilən müraciətlərin sayı adi günlərlə eyni səviyyədə olub”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2476753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR