İki neftçinin meyidi ailələrinə təhvil verilib

İki neftçinin meyidi ailələrinə təhvil verilib
10:47 5 Yanvar 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin ikisinin meyidi ailələrinə təhvil verilib.

Bu barədə APA-ya SOCAR-ın "Azneft" İstehsalat Birliyindən məlumat verilib.
 
Məlumata görə, bu gün saat 11:00-da neftçi Quliyev Əzizağa Nöhbala oğlu Bakının Zirə qəsəbəsindəki qəbristanlıqda dəfn olunacaq. Digər neftçi Abdullayev Adil Ələkbər oğlunun dəfn mərasimi isə Novxanı qəbristanlığında baş tutacaq.
 
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, yanvarın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyidi Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
 
Məlumat daxil olduqdan sonra meyitlərin gətirilməsi üçün dünən səhər Türkmənistana yola düşən  FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilib və aidiyyatı üzrə təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR