Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neftçilərin meyitləri ailələrinə verildi (FOTO)

Neftçilərin meyitləri ailələrinə verildi (FOTO)

Date: 5 January 2016 10:51

İki gün əvvəl Xəzərin Türkmənistan sektorunda cəsədləri tapılmış neftçilər- Quliyev Əzizağa və Abdullayev Adilin cəsədləri axşam saatlarında vətənə gətirilib və tibbi ekspertizadan sonra ailələrinə təhvil verilib.

Bu barədə ANS PRESS-ə yanğınla bağlı yaradılmış qərargahdan məlumat veriblər. Bildirilib ki, meyitlər bu gün səhər saatlarında ailə üzvləri tərəfindən morqdan götürülüb.

Dənizdən nəşi tapılan Əzizağa Quliyevin oğlu Nöhbala Quliyev ANS PRESS-ə bildirib ki, atasının meyiti hazırda Göy Məscidə aparılıb: "Atam saat 11 radələrində Zirə kəndindəki evimizə gətiririləcək və kənd qəbristanlığında dəfn ediləcək".

Dünyasını dəyişən digər neftçi Adil Abdullayevin oğlu Zaur isə ANS PRESS-ə açıqlamasında atası ilə vida mərasiminin Həzi Aslanov metrostansiyasının yaxınlığında olacağını deyib. Cənazə saat 13 radələrində isə Novxanıya aparılaraq oradakı kənd qəbristanlığında dəfn ediləcək.


Quliyev Əzizağa - meyiti tapılan neftçilərdən biri

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 33 nəfər təxliyyə olunub.

İlk gün bir nəfər ölüb. İtkin düşmüş 6 nəfərin cəsədi dekabrın 7-də tapılıb. Daha bir nəfərin meyiti isə dekabrın son günlərində dənizdən çıxarılıb.
Yanvar ayının 3-də isə iki nəfərin cəsədi Türkmənistan sahillərindən tapılıb.

Hazırda axtarışları davam etdirilən şəxslər bunlardır:
Qasımov Mübariz Dilqəm o. 21.01.1958
Rzaxanov Edik Rivazin o. 15.01.1983
Babazadə Tural Fətəli o. 01.09.1993
Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
Qasımov Bayram Mirzəağa o. 20.03.1978
Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
Niyazov Seyfəddin Abil o. 09.02.1968
İskəndərov İnqilab Osman o. 29.11.1957
Mayborda Oleq Akimoviç 21.11.1971
Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
İbrahimov Xalid Bəşir o. 12.08.1971
Həsənov Zaur Vahid o. 24.12.1975
Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
Hüseynov Bəhlul Sirac o. 25.11.1969
Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
Xəlilov Zaur Arif o. 15.09.1975
Sahmarov Sahib Güloğlan o. 02.08.1973
Əliyev Əyyub Xəlil o. 22.07.1973

Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası və budkanın içərisindəkilərlə birlikdə dənizə atıb.
1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev
1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov
1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov


Yanan platformada yanğınsöndürmə işləri

Xəzərdəki faciə ilə bağlı digər bütün məlumatlar aşağıdakı linklərdə:
Neftçilərin meyitləri Vətənə gətirildi
Daha iki neftçinin meyitinin tapıldığı ehtimal edilir

"Günəşli" neftçisinin meyiti ailəsinə verildi

Sonuncu Platforma (VİDEO)
Günəşli platformasındakı yanğının söndürülməsində ciddi dönüş
"Günəşli"dəki yanğına desant edildi (YENİLƏNİB)
Kəmaləddin Heydərov və Elçin Quliyev yanan platformaya baxdılar
Nazir yanan platformada (FOTO)
Ölüm platformasından ən son görüntülər (VİDEO)
Bu gündən "Günəşli"də əcnəbi mütəxəssislər işə başlayır
6 neftçinin meyiti tapıldı (YENİLƏNİB I, VİDEO)
Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)
Xilas edilən neftçi hadisənin necə baş verdiyini ANS-ə danışdı (VİDEO, YENİLƏNİB)
Xəstəxanadakı yaralıların siyahısı və diaqnozu (YENİLƏNİB)
Neft daşlarındakı faciə ilə bağlı yeni məlumat yayıldı (YENİLƏNİB)
Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)
SOCAR prezidenti yanan platformada - özüldə işçilər qalıb (VİDEO, YENİLƏNİB)
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama
Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)
Azərbaycanda matəm elan olundu
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi (FOTO)

Tags:  Neftçilərin meyitləri ailələrinə verildi FOTO


RƏYLƏR


Top news