Bayram günlərində 34 adam zəhərləndi

Bayram günlərində 34 adam zəhərləndi
10:52 5 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il bayramı günlərində dəm qazından zəhərlənmə ilə əlaqədar 18 müraciət daxil olub.

Azərbaycan Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, həmin şəxslərin 12-si xəstəxanaya yerləşdirilib.

Bayram günlərində dəm qazından zəhərlənmə nəticəsində ölüm halı baş verməyib.

A.Maqsudov qeyd edib ki, payız-qış mövsümündə dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilənlərin sayı 333 nəfər olub.

A.Maqsudov qeyd edib ki, bayram günlərində sərxoşluq, alkoqollu içkilərin qəbulu nəticəsində baş verən zəhərlənmə ilə əlaqədar 16 müraciət daxil olub. Onların 80-90 faizi kişi olub.

A.Maqsudovun sözlərinə görə, sərxoşluqla bağlı müraciətlərin sayı gecə saatlarında, xüsusilə bayram günlərində artır.

A.Maqsudov həmçinin qeyd edib ki, bayram günlərində 4 nəfər dərman qəbulu nəticəsində baş verən allergik reaksiya ilə əlaqədar xəstəxanaya müraciət edib. Onlar qısa zaman ərzində evə buraxılıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR