Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da zəncini öldürən polis azadlığa buraxıldı

ABŞ-da zəncini öldürən polis azadlığa buraxıldı

Date: 5 January 2016 10:57

ABŞ-da afroamerikalı Uolter Skotu öldürdüyü üçün həbs edilən sabiq polis işçisi Maykl Sleger 500 min dollar girov qarşılığında azadlığa buraxılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıblar.
 
Sabiq polislə bağlı növbəti məhkəmə iclasının bu ilin oktyabrında başlayacağı bildirilir.
 
Qeyd edək ki, ötən ilin aprelində Nort Çarlston (Cənubi Karolina ştatı) hüquq-mühafizə orqanının əməkdaşı M. Sleger avtomobilinin arxa işıqlarında nasazlığın olması səbəbindən 50 yaşlı U. Skotu saxlayıb.
 
Onların arasında mübahisə yaranıb, U. Skot hadisə yerindən qaçmağa cəhd edərkən M. Sleger ona bir neçə dəfə atəş açıb.
 
 Günahının sübuta yetiriləcəyi təqdirdə sabiq polisi 30 ilədək həbs cəzası gözləyir.

Milli.Az


Tags:  ABŞ-da zəncini öldürən polis azadlığa buraxıldı


RƏYLƏR


Top news