53 yaşlı milyarder hamilədir - FOTO

53 yaşlı milyarder hamilədir - FOTO
11:05 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

İsveçrəli milyarder, Fransadakı "Louis Dreyfus Commodities" konqlomeratının və Marselin "Olimpik" futbol klubunun sahibəsi Marqarita Lui-Dreyfus hamilədir.
O, aprel ayında əkiz qızları dünyaya gətirəcək.

Milli.Az European-a istinadən bildirir ki, 1962-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində doğulmuş Marqarita Boqdanova 1992-ci ildə fransız milyarder Rober Lui-Dreyfusa ərə getmişdi. Sonradan Rober Lui-Dreyfus "Olimpik" klubunu satın almışdı. "Adidas" şirkətinin də sahibi olan fransız milyarder 2009-cu ildə vəfat edib.

53 yaşlı Marqarita Lui-Dreyfus hazırda 52 yaşlı iş adamı, İsveçrə Mərkəzi Bankının sabiq sədri və ABŞ-dakı "BlackRock" investisiya fondunun vitse-prezidenti  Filipp Hildebrandla birgə yaşayır.
Marqaritanın ilk nikahından 3 övladı var. 1992-ci ildə Erik, 1998-ci ildə isə əkizlər Moris və Kirill doğulublar.
Marqarita Lui-Dreyfus 7,1 milyard dollarlıq varidata malikdir. O, dünyanın ən zəngin rusiyalı qadını sayılır.
 

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR