Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DiKaprio yenə də evlənə bilmədi - foto

DiKaprio yenə də evlənə bilmədi - foto

Date: 5 January 2016 11:06

Aktyor Leonardo DiKaprio model sevgilisi Kelli Rorbaxdan da ayrılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Hollivudun ən məşhur subayı bu dəfə də evliliyə yaxınlaşa bilməyib. Cütlüyün yaxınları deyir ki, onlar artıq bir aydan çoxdur, ayrılıblar. Qərar hər ikisinin razılığı ilə alınıb. İşlərinin çoxluğundan bir-birinə vaxt ayıra bilməyən Kelli və Leonardo dostluq münasibətlərini saxlayıblar. Yarım il birgə olan ikili ilk dəfə iyunda birgə görünmüşdülər.

Qeyd edək ki, DiKaprio bu il "Sağ qalmış" filmindəki roluna görə "ən yaxşı aktyor" nominasiyasında "Oskar"a real namizəddir.





Tags:  DiKaprio yenə evlənə bilmədi foto

RƏYLƏR


Top news