Bayram günü metro qarşısında gənci bıçaqlayan şəxs tutuldu (FOTO)

Bayram günü metro qarşısında gənci bıçaqlayan şəxs tutuldu (FOTO)
11:06 5 Yanvar 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Sahil metrosunun çıxışında törədilən qətlin təfərrüatları bəlli olub.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 4-də saat 06 radələrində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər alaraq, xəstəxanaya aparılarkən yolda vəfat edib.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. “İsti izlər”lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev tutulub.


Tural Abbasov- Qətlə yetirilən 27 yaşlı gənc

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR