Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir müavini: "Ukrayna təxminən 180 şirkətin Azərbaycan bazarına çıxışı üzərində çalışır"

Nazir müavini: "Ukrayna təxminən 180 şirkətin Azərbaycan bazarına çıxışı üzərində çalışır"

Date: 5 January 2016 11:07

Bakı. 5 Yanvar. REPORT.AZ/ "Ukrayna GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova), o cümlədən Azərbaycan ilə ticarət əlaqələrinin genişləndirmək üzərində çalışır".
"Report" xəbər verir ki, bunu Ukrayna aqrar siyasət və ərzaq nazirinin müavini Vladislava Rutitskaya deyib.
Onun sözlərinə görə, nazirlik hazırda yerli məhsulların ixrac edilməsi üçün Ukrayna şirkətlərinin Azərbaycan bazarına daxil olması üzərində işləyir. Nazir müavini xatırladıb ki, Ukrayna ötən il damazlıq və əmtəəlik iribuynuzlu mal-qara bazarının açılması ilə Azərbaycana ixracı genişləndirməyi bacarıb.
"Bu il də müəyyən inkişaf olacağına inanıram. Axı, hazırda nazirlik səviyyəsində istehsal etdikləri məhsulları Azərbaycana ixrac etmək istəyən 178 Ukrayna şirkəti üçün bazar açılması üzərində işləyirik", - V.Rutitskaya bildirib.

Tags:  Nazir müavini Ukrayna təxminən 180 şirkətin Azərbaycan bazarına çıxışı üzərində çalışır

RƏYLƏR


Top news