"Edam ədalətli qərardır"

"Edam ədalətli qərardır"
11:12 5 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

"Nimr əl-Nimr də daxil olmaqla, 47 məhkumun edam edilməsi hər hansı irqi və dini qərəzlə bağlı olmayan ədalətli qərardır".

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının BMT yanındakı daimi nümayəndəliyinin bəyanatında deyilir.
 
Səudiyyə diplomatları BMT baş katibi Pan Gi Munun bu məsələyə dair mövqeyindən dərin təəssüf hissi keçirdiklərini söyləyiblər.
 
Qeyd edək ki, BMT baş katibi Səudiyyə Ərəbistanında 47 məhkumun edam edilməsindən məyus olduğunu bildirmişdi. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR