Həm Səudiyyə Ərəbistanı, həm də İrana sərt ittiham

Həm Səudiyyə Ərəbistanı, həm də İrana sərt ittiham
11:16 5 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlər Təşkilatı (BMT) Səudiyyə Ərəbistanını və İranı münasibətlərini qaydaya salmağa çağırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib. Təşkilatın baş katibi Pan Gi Mun Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri ilə telefonla danışıb.

Pan Gi Mun nazirlərlə söhbətində hər iki ölkəni vəziyyəti daha da ağırlaşdırmamağa çağırıb. Təşkilat rəhbəri Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr və Məhəmməd Cavad Zəriflə söhbətində Səudiyyəni kütləvi edamlara görə, İranı isə edamlardan sonra Səudiyyə Ərəbistanının bu ölkədəki səfirliyinə hücum olunduğu üçün qınayıb.


Pan Gi Mun - BMT-nin baş katibi


“Din xadiminin edamı Yaxın Şərqda gərginliyi daha da artırır. Hər iki hadisədən sonra sülh yaradan diplomatik münasibətlərin dayandırılması haqqında qərarları pisləyirəm. Dövlətləri vəziyyəti gərginəşdirməməyə çağırıram”.-deyə baş katib əlavə etdi.

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Səudiyyə Ərəbistanı və İrana yollanıb. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, S. de Mistura əvvəl Ər-Rİyadda , sonra isə Tehranda danışıqlar aparacaq.

Hazırda isə Bəhreyn, Sudan , BƏƏ və Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsib. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, İran və Səudiyyə Ərəbistanı arasındakı edam böhranının həllinə yardım etmək üçün vasitəçilik vəzifəsini öz üzərinə götürməyə hazırdır.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi yanvarın 2-də terrorçuluqda ittiham edilən 47 nəfəri edam etdikdən sonra Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərdə gərinlik yaranıb.


İranda Səudiyyə Ərəbistanı səfirliyinin yandırılması


İki ölkə arasında münasibətlər Səudiyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr əl-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyini Birləşmiş Millətlər Təşkilatının bəyan edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368894

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR