Bakı klubundan ayrıldı, Puerto-Rikoda özünə komanda tapdı

Bakı klubundan ayrıldı, Puerto-Rikoda özünə komanda tapdı
11:17 5 Yanvar 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

"Azərreyl"dən ayrılan Hali Ekerman özünə yeni iş yeri tapıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2015/2016 mövsümünün əvvəlində Bakı klubuna transfer olunan, dekabrda komandadan ayrılan amerikalı hücumçu karyerasını Puerto-Rikoda davam etdirəcək.

23 yaşlı Ekerman artıq "Ponse" ilə rəsmi müqaviləyə imza atıb. Ən azı mövsümün sonuna kimi bu komandada qalacaq voleybolçu bildirib ki, sabiq klubuna döndüyü üçün çox sevinclidir: "Artıq hər şey tam rəsmiləşib. Yenidən "Ponse"yə qayıtmışam və Puerto-Riko çempionatında meydana çıxmağımı səbirsizliklə gözləyirəm".
 
Qeyd edək ki, Ekerman "Azərreyl"ə məhz "Ponse"dən gəlmişdi. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR