Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Keçmiş namizəd Buşla gizli görüşündən danışdı

Keçmiş namizəd Buşla gizli görüşündən danışdı

Date: 5 January 2016 11:22

Keçmişdə Amerika prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Mitt Romni builki prezident marafonunun favoritlərindən sayılan Ceb Buşla gizli görüşü barədə danışıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci ilin yanvarında baş tutan görüş zamanı Romni Buşa Hillari Klintonu məğlub edə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib: "Ceb, açıq danışsaq, məncə, sənə Hillari Klinton qarşısında duruş gətirmək çox çətin olacaq".

Bundan başqa, prezidentliyə keçmiş namizəd Ceb Buşun qardaşının (Corc Buş) dövrü ilə Hillari Klintonun əri Bill Klintonun prezidentlik dövrünün müqayisəsinin respublikaçılar üçün heç də yaxşı nəticə verməyəcəyini deyib.

Ceb Buşun mətbuat xidməti isə Mitt Rominin açıqlamalarının tərəflər arasında görüşün gizli qalması ilə bağlı razılaşmanı pozduğunu bildirib.

Milli.Az


Tags:  Keçmiş namizəd Buşla gizli görüşündən danışdı


RƏYLƏR


Top news