​"Qalatasaray"ın sabiq prezidentinin 25 milyon avroluq yaxtası yanıb

​"Qalatasaray"ın sabiq prezidentinin 25 milyon avroluq yaxtası yanıb
11:27 5 Yanvar 2016
16 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun sabiq prezidenti Ünal Aysalın 25 milyon avro dəyərindəki yaxtası yanıb. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Muğlanın Marmara bölgəsindəki limanda baş verib.
Gecə saat 04:30-da qeydə alınan yanğında 2 yaxtaya zərər dəyib, Ü.Aysalın "Barbie" adlı yaxtası isə yanaraq kül olub. 4 saatdan sonra yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, ilk dəfə 2006-cı ildə suya buraxılan və əvvəlki adı "Al Hanem" olan yaxtanın eni 9.20 metrdir. Sabiq klub prezidenti eyni anda 14 nəfərin qonaq ola biləcəyi gəmini 2011-ci ildə alıb.





Xəbərin orijinal ünvanı: http://report.az/futbol/sabiq-klub-prezidentinin-25-milyon-avroluq-yaxtasi-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR