Ötən il Gürcüstana gələn xarici ölkə vətəndaşlarının 4,6 faizini azərbaycanlılar təşkil edib

Ötən il Gürcüstana gələn xarici ölkə vətəndaşlarının 4,6 faizini azərbaycanlılar təşkil edib
11:28 5 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 5 yanvar, AZƏRTAC
Ötən il ərzində Gürcüstana 465 min 962 nəfər xarici ölkə vətəndaşı gəlib. Onların 4,6 faizini azərbaycanlılar təşkil edib.
Azərbaycan bu göstərici ilə MDB ölkələri sırasında üçüncü yerdədir. Birinci yerdə Rusiya (13,3 faiz), ikinci yerdə isə Ukrayna (10,3 faiz) vətəndaşlarıdır.
İl ərzində Gürcüstana gələn xarici ölkə vətəndaşlarının 33,3 faizini turistlər, 47,6 faizini başqa məqsədlərlə gələnlər təşkil edib. Qalan 19,1 faiz isə Gürcüstandan tranzit keçid edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_Gurcustana_gelen_xarici_olke_vetendaslarinin_46_faizini_azerbaycanlilar_teskil_edib-916106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR