İki uşaq atası qadın oldu - FOTO

İki uşaq atası qadın oldu - FOTO
11:32 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

İngiltərə premyer-liqasının tanınmış fotoqraflarından biri Stiv Kuk indi "Sofi"dir. İki övlad atası, 48 yaşlı Stiv cinsini dəyişmək üçün cərrahiyyə əməliyyatlarına məruz qalıb və qadına "çevrilib".

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Bornmut" klubunun fotoqrafı olan əvvəlki Stiv, indiki Sofinin dediyinə görə, özünü əla hiss edir.
Yeniyetməlik illərindən özünü qadın kimi hiss edən və kişi kimi yaşamaqdan əziyyət çəkdiyini vurğulayan bu şəxs deyib: "Cinsimi dəyişmək istədiyimi ailəmə deməyə qorxurdum. Ailəmin dağılmasından, uşaqlarımla arvadımın məni tərk etməsindən çəkinirdim. Amma qərarımı açıqlayanda onlar məni dəstəklədilər. Bəxtəvərdim. Sonra klubda fikrimi deyəndə də mənə kimsə gülmədi, aşağılamadı".

Sofi Kukun sözlərinə görə, "Bornmut"un prezidenti Ceff Mostin və baş məşqçisi Eddi Honu bu xəbəri paltardəyişmə otağında futbolçulara da deyiblər.

"Braytonda yaşayıram və qadına dönəndən sonra saçımı uzatmışdım. Təbii, işə gedəndə kişi paltarı geyinib saçımı parikdə gizlədə bilərdim, hələ də Stiv olduğumu göstərməyə çalışardım. Lakin Ceff və Eddi futbolçulara: "Yəqin, fotoqrafımızın bir qədər dəyişdiyini, ötən mövsümdən bəri arıqladığını və saçının uzandığını görübsünüz. O, indi Sofidir", - deyəndən sonra əvvəlcə kapitan qışqırıb məni təbrik etdi, sonra digər futbolçular ona qoşuldular. Özümü əla hiss edirdim".

Kukun dediyinə görə, hər şey ötən mövsümdə "Bornmut"un "Lids"ə qarşı matçından sonra baş verdi: "Məhz həmin matçdan sonra beynimdə sanki mexanizm işə düşdü və qadın olmağa qəti qərar verdim".

Kuk daha sonra deyib ki, hələ 7 yaşı olanda anası Oliviya Nyuton-Conun kosmetikasından istifadə edir, evdə qız paltarı geyinirdi.
"Arvadım transseksual olduğumu bilirdi. Sonra Sofi anadan oldu və az sonra öldü. Sofini dəfn edəndən sonra həyatım cəhənnəm idi. İndi arvadımla ayrı yaşayırıq, amma ən yaxın dostlar olaraq qalırıq".
Kuk cinsini dəyişdiyini 11 yaşlı qızına və 14 yaşlı oğluna yay tətilində deməyə hazırlaşırdı, amma sonradan fikrini dəyişib və hər şeyi söyləyib.
 

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR