​Gürcü mütəxəssis: "İrandan təbii qazın nəql edilməsi texniki cəhətdən mümkün deyil"

​Gürcü mütəxəssis: "İrandan təbii qazın nəql edilməsi texniki cəhətdən mümkün deyil"
11:32 5 Yanvar 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ "Gürcüstanın İrandan böyük həcmdə təbii qaz alması texniki cəhətdən mümkün deyil".
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu gürcüstanlı mütəxəssis Giya Xuxaşvili bildirib.
Onun sözlərinə görə, bu həcmdə təbii qazı indi Ermənistan belə İrandan almır.
"Mən anlamıram, bu layihə hansı texniki vəsaitlə həyata keçiriləcək?! İrandan Ermənistana təbii qaz 700 mm-lik borular vasitəsi ilə nəql edilir. Ona görə də Gürcüstanın energetika naziri İrandan yanacağı necə gətirəcəyini bizə deməlidir. Əgər bu uzun müddətli layihədirsə, o zaman hər iş görmək olar. İndi həmin planın həyata keçməsi ciddi görünmür", - o, vurğulayıb.
Levan Kalandadze adlı mütəxəssis İrandan təbii qazın nəql edilməsinin texniki cəhətdən mümkün olmadığını bildirib.
Qeyd edək ki, İran Milli Qaz Şirkəti"nin ("National Iranian Gas Company") təmsilçisi Əlirza Kamaliölkəsinin təbii qazının Ermənistan ərazisindən keçməklə Gürcüstana nəqlinə dair Tehranla Tbilisi arasında danışıqların getdiyini bildirmişdi.
Məlumata görə, İran 300-500 milyon kub fut (1000 kubmetr - 28,3 kub futdur) həcmində təbii qaz ötürəcək.
Xatırladaq ki, yalnız 2006-cı ildə Gürcüstan İrandan 4, 955 milyon kub metr təbii qaz idxal edib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcu-mutexessis-i-randan-tebii-qazin-neql-edilmesi-texniki-cehetden-mumkun-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR