Boyunda çıxan sızanaqlardan xilas olmanın yolları

Boyunda çıxan sızanaqlardan xilas olmanın yolları
11:37 5 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Əksər insanların təkcə üzündə yox, kürək və boynunda da sızanaqlar çıxır. Buna dərinin həddən artıq yağlı olması, həmin bölgələrin yaxşı təmizlənməməsi və nəmləndirilməməsi səbəb olur.

Boyundakı sızanaqlar allergiya üzündən də yarana bilər. Belə ki, paltaryumada istifadə etdiyiniz yuyucu toz da allergiya verə bilər. Ətir və kremlər də bu səbəblərdən biridir.
 
Publika.az boyundakı sızanaqlardan xilas olmağın asan üsullarını təqdim edir:
 
Sızanaqlara qarşı aspirin maskası:
 
Tərkibi:
 
4 ədəd aspirin
Yarım çay qaşığı jojoba yağı
1 çay qaşığı su
 
Hazırlanması:
 
Aspirinləri əzib toz halına salın. Üzərinə digər məhsulları əlavə edib qarışdırın. Maskanı təmiz dəriyə çəkib 15 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə təmizləyin.
Maskanı 5 gündən bir çəkməlisiniz.
 
Sızanaqlara qarşı süd maskası
 
Tərkibi:
 
1 çay qaşığı soda
Yarım limonun şirəsi
Bir neçə damcı süd
 
Hazırlanması:
 
Sodanı süd və limon şirəsi ilə qarışdırın. Maskanı təmiz dəriyə çəkib dairəvi hərəkətlərlə masaj edin. On beş dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR