Aktual mövzular: Dollar alış-satışı , Benzin bahalaşdı, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Əməkdar artist əməliyyat olunub

Əməkdar artist əməliyyat olunub

Date: 5 January 2016 11:47

Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyat etdirib. 

Axşam.az-ın məlumatına görə, müğənni "ATV maqazin onlarla" verilişində uğursuz əməliyyatından danışıb:

"Həmişə deyirdim ki, çalışacam, əməliyyat etdirməyim. Amma məcbur oldum. Ay yarım bundan əvvəl gözətrafımda əməliyyat etdirdim. Torbalar məni incidirdi. Makiyaj edəndə ağrı verirdi.

Həkim deyib ki, hələ 4 aya tam sağalacaq. Neçə il bundan əvvəl qeyri-peşəkar kosmetoloq mənə demədən gözümün altına gel vurmuşdu. Bu da məndə problem yaratmışdı".

M.İsgəndərli arıqlamasından da bəhs edib: 

"20 kiloqram arıqlamışam. Ac da qalmamışam, əməliyyat da etdirməmişəm. Hər gün 10 kilometr açıq havada gəzirdim. Evdə isə 2 saat trenajorla məşğul oluram".

Milli.Az


Tags:  Əməkdar artist əməliyyat olunub



RƏYLƏR


Top news