Nardaranda həbs olunan 12 nəfər azadlıqda

Nardaranda həbs olunan 12 nəfər azadlıqda
11:49 5 Yanvar 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Nardaran hadisələrindən sonra inzibati qaydada həbs olunan 12 nəfər azadlığa buraxılıb. Bu barədə Trend-ə Nardaran sakini Natiq Kərimov məlumat verib.

Onun sözlərinə görə, azadlığa buraxılanlar arasında özünü Nardaranın Ağa məhəlləsindəki Cümə məscidinin axundu kimi qələmə verən Ataməli Nur da var. Həmin şəxslər Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində 15 və 30 sutkalıq inzibati qaydada həbs olunan Nardaran sakinləridir. Saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatdığı üçün azadlığa buraxılıblar.

N.Kərimov bildirib ki, ümumilikdə son günlərdə Nardaran hadisələri ilə bağlı inzibati həbs edilənlərdən 57 nəfər azadlığa buraxılıb.

Xatırladaq ki, A.Nur da daxil olmaqla azadlığa buraxılan şəxslər Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılırdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR