Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İmişlidə çoxlu sayda qoyun tələf olub

İmişlidə çoxlu sayda qoyun tələf olub

Date: 5 January 2016 11:54

İmişlidə çoxlu sayda xırdabuynuzlu heyvan dərman preparatından zəhərlənib.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə İmişli rayonunun Şirinqum adlanan ərazisində məskunlaşan Laçın rayonunun Malıbəy kənd sakini İsaq Nəsib oğlu Rüstəmovun təsərrüfatında qeydə alınıb.

 

İ.Rüstəmov paytaxtda yerləşən baytarlıq apteklərinin birindən qurd əleyhinə "Qelmitsid" preparatı alıb. Təsərrüfat sahibi iddia edir ki, dərmanlar qoyunlara verildikdən sonra onlar arasında kütləvi zəhərlənmə halı müşahidə olunub. Həftə ərzində 30 başa qədər qoyun tələf olub. Təsərrüfat sahibinə xeyli miqdarda ziyan dəyib.

 

Hadisə ilə əlaqədar Laçın və İmişli rayon Baytarlıq idarələrinin əməkdaşları adı çəkilən şəxsin təsərrüfatında olublar. Laçın rayon Baytarlıq İdarəsi tərəfindən tələf olmuş 3 baş xırda buynuzlu heyvandan götürülən nümunələr Respublika Baytarlıq İdarəsinə göndərilib. Eyni zamanda dərman preparatı da laboratoriyaya təqdim edilib.

 

Gün ərzində xırdabuynuzlu heyvanların nədən tələf olduğu aydınlaşacaq. O da qeyd olunur ki, dərmanlar qoyunlara baytar həkimin təyinatı və iştirakı olmadan verilib.  


Tags:  İmişlidə çoxlu sayda qoyun tələf olub

RƏYLƏR


Top news