İrina Şeykin sevgilisi 1 yaş da qocaldı (FOTO)

İrina Şeykin sevgilisi 1 yaş da qocaldı  (FOTO)
11:56 5 Yanvar 2016
56 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün İrina Şeykin sevgilisi Bredli Kuperin ad günüdür.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın teatr, serial və kino aktyoru Bredli Kuperin 41 yaşı tamam olur. O, People jurnalı tərəfindən ən seksual kişi seçilib.

2006-cı ildə Bredli Cenifer Espozito ilə evlənib. Lakin 4 aydan sonra ayrılıblar. Aktyor 2009-ci ildən 2013-ci ilə kimi Rene Zellveqer, Zoi Saldan, Syuki Uoterxaus ilə sevgili olub. Lakin bütün münasibətlər xoş sonluqla bitməyib.


Cenifer Espozito - Bredli Kuperin keçmiş həyat yoldaşı


2015-ci ilin yayında Bredli Kuper rusiyalı 29 yaşlı supermodel İrina Şeyk ilə görüşməyə başlayıb.

Onlar əvvəl münasibətlərini gizlətsələr də sonradan hamının gözü önündə əl-ələ tutublar. Tanınmış cütlük çimərliklərin birində görünüb. Cütlük ətraflarında olan heç kimə fikir verməyərək əyləncənin dadını çıxarıblar. İrina ilə Bredli artıq bir evdə yaşayırlar.


İrina Şeyk və Bredli Kuper


İrina Şeyk və Bredli Kuper

Kuper Filadelfiyanın Pensilvaniya ştatında doğulub. 5 yaşında Kuper
xolesteatom xəstəliyindən əziyyət çəkib. 18 yaşına kimi bir neçə ağır əməliyyat keçirib. Onun karyerası “Böyük şəhərdə seks” filmindən sonra başlayıb. O, 2009-ci ildə “Veqasda subaylıq gecəsi” filmindən sonra məşhurlaşıb.

2014-cü ildə “Snayper” filmin baş qəhrəmanı olur. Bredli İraqda 255 nəfəri qətlə yetirən şəxsi canlandırıb.


"Snayper" filminin anonsu

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR