Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balakən rayonunda zavodda baş verən ölüm hadisəsi ilə əlaqədar istintaq davam etdirilir

Balakən rayonunda zavodda baş verən ölüm hadisəsi ilə əlaqədar istintaq davam etdirilir

Date: 5 January 2016 12:03


Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 4-də Balakən rayonunda fəaliyyət göstərən “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində baş verən və bir nəfərin ölümünə, iki nəfərin isə xəsarət almasına səbəb olan hadisə ilə əlaqədar Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Dərhal Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin və Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda rayon prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tags:  Balakən rayonunda zavodda baş verən ölüm hadisəsi əlaqədar istintaq davam etdirilir


RƏYLƏR


Top news