Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mendeleyev cədvəlinə 4 yeni element əlavə edilib

Mendeleyev cədvəlinə 4 yeni element əlavə edilib

Date: 5 January 2016 12:07

Bakı. 5 yanvar. REPORT.AZ/ Mendeleyevin dövri cədvəlinə 113, 115, 117 və 118 atom nömrəli 4 yeni element əlavə edilib. "Report" xəbər verir ki, bu barədə Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqının (IUPAC) saytında məlumat verilib.
Yeni elementlərin kəşfində əsas çətinlik onların daha yüngül elementlərin daha öncə qeyri-məlum olan izotoplarına parçalanması olub. Yeni elementlərin hər biri süni sintez olunub.
Yeni elementlərə "müvəqqəti" adlar verilib - ununtrium (Uut), ununpentium (Uup), ununseptium (Uus) və ununoktium (Uuo). Beş aydan sonra isə dövrü cədvəldə onların əsl adları və ikihərfli işarələri məlum olacaq.

Tags:  Mendeleyev cədvəlinə yeni element əlavə edilib

RƏYLƏR


Top news