Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Amerikalı general: "Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik müharibəyə çevirilə bilər"

Date: 5 January 2016 12:07

"Report" "Fox News"a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı, dəniz piyadalarının istefada olan  generalı Entoni Zinni müsahibəsində deyib.
Onun sözlərinə görə, iqtisadi sabitlikdə maraqlı olan hər kəs yaranmış vəziyyətdən narahatdır: "İki ölkə arasındakı münasibətə dair yayılan xəbərlər narahatedicidir. Əgər münaqişə kəskinləşərsə, o zaman bu İranla Səudiyyə Ərəbistanı arasında irimiqyaslı müharibəyə səbəb olar. Bu isə körfəzin bağlanması, enerji daşıyıcılarının sərbəst nəqlində məhdudiyyətlərin yaranması ilə nəticələnər", - deyə o vurğulayıb.
General deyib ki, Ər-Riyadla Tehran arasında münaqişə terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədən diqqəti yayındırar, Vaşinqtonun dəstəklədiyi bölgə dövlətlərində daxili sabitliyin pozulmasına səbəb olar.

Tags:  Amerikalı general Səudiyyə Ərəbistanı İran arasındakı gərginlik müharibəyə çevirilə bilər


RƏYLƏR


Top news