Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

""Barselona"nı ona görə tərk etdim ki..."

""Barselona"nı ona görə tərk etdim ki..."

Tarix: 5 Yanvar 2016 12:12

"Nyu-York Siti"nin hücumçusu David Vilya 2 il öncə "Barselona"dan getmə səbəbi haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu əsas amil kimi oyun praktikasını qeyd edib.

""Barselona"nı ona görə tərk etdim ki, əsas heyətdə yerimi itirmişdim. Həmişə harada olduğuma və haraya gedəcəyimə dair realist olmağa çalışmışam. Məşqçilər korpusunun qərarı ilə kifayət qədər oynamaq imkanım olmurdu. "Barselona"da qalıb titul və şan-şöhrət qazanmaq olardı. Amma meydana çıxmaq istəyirdim. Sonra KİV-lər bunu başqa formada təqdim etdi. Lakin hər şey olduqca sadə idi. Ehtiyat oyunçular skamyasında qalmaqdansa, oynamağı üstün tutdum".

Milli.Az


Teqlər:  Barselonanı ona tərk etdim



RƏYLƏR


Top xəbərlər