Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qazax xəngəlinin fərqli ləzzəti... - FOTO

Qazax xəngəlinin fərqli ləzzəti... - FOTO

"Bayram günü işləməyin də ayrı ləzzəti var" - ATV-nin aparıcısı Lalə - FOTO (21 Mart 2017 14:05)

Tarix: 5 Yanvar 2016 12:17

Soyuq, qarlı havada ləzzətlə yeyilən yeməklərdən biri də xəngəldir. Qazaxda bu yeməyi beçə və qurudla hazırlayırlar.

Kəpəz TV-yə (Region TV) verilən xəbərə görə, Qazaxın Fərəhli kənd sakinləri uzun illərdir ən dəyərli qonaqları üçün bu yeməyi bişirirlər. Xəngəl bişirilməzdən əvvəl ona qatılacaq qurud əzilir, daha sonra xəmiri yoğurulur. Su ilə yanaşı, xəngəlin dağılmaması üçün xəmirə yumurta da vurulur. Odunla qalanan ocaqda bişən milli yemək daha dadlı olur. Bir qədər əziyyət tələb edən xəngəl iri qablara çəkiləndən sonra üstü qovurma ilə bəzədilir. Kənd beçəsi, quzu əti, qızardılmış soğan xəngələ xüsusi dad verir. 
Qazaxda bişən xəngəlin digərlərindən fərqi ona kartofun vurulmamasıdır. Bölgədə havalar soyuyub, qar yağmağa başlayan kimi, demək olar, bütün həyətlərdə iri xəngəl qazanları ocağın üstündə qaynayır. 

Milli.Az




Teqlər:  Qazax xəngəlinin fərqli ləzzəti FOTO



RƏYLƏR


Top xəbərlər