Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​ABŞ Dövlət Departamentinin sözçüsü: "İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçiririk"

​ABŞ Dövlət Departamentinin sözçüsü: "İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçiririk"

ABŞ Rusiyanın 8 şirkətinə qarşı sanksiyalar tətbiq etdi (26 Mart 2017 02:01)
İrana qarşı sanksiyalara dair qanun layihəsi təqdim edilib (24 Mart 2017 08:57)
ABŞ İrana qarşı sanksiyaları sərtləşdirir (24 Mart 2017 04:59)

Tarix: 5 Yanvar 2016 12:17

Bakı. 5 yanvar. REPORT.AZ/ "Ballistik raketləri sınaqdan keçirdiyi üçün İrana qarşı bəzi sanksiyaları nəzərdən keçiririk".
"Report" xairici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kibri gündəlik mətbuat konfransında bildirib.
"Sanksiyaların tətbiq edilməsindən öncə həll olunası bəzi detallar var. Dövlət katibi Con Kerri iranlı həmkarı Məhəmməd Cavad Zəriflə hər telefon danışığı zamanı bu problemi gündəliyə gətirir", - deyən Con Kibri məsələ ilə bağlı detalları danışmaqdan yayınıb.
Qeyd edək ki, ABŞ KİV-i Maliyyə Nazirliyinin ballistik raketləri sınaqdan keçirdiyi üçün İrana qarşı sanksiyaların tətbiq edəcəyi haqda məlumat yayıb. Xatırladaq ki, İranın müdafiə naziri Hüseyn Dehqan raket istehsalını artırmaq niyyətində olduqlarını bildirmişdi. 

Teqlər:  ABŞ Dövlət Departamentinin sözçüsü İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçiririk



RƏYLƏR


Top xəbərlər