Səudiyyə Ərəbistanı və İran arasında vəziyyət gərginləşməkdə davam edir

Səudiyyə Ərəbistanı və İran arasında vəziyyət gərginləşməkdə davam edir
12:18 5 Yanvar 2016
87 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətləri Tehran yalnız qonşularının işinə müdaxilədən əl çəkdikdən sonra bərpa edə bilər. Bu barədə Ər-Riyadın BMT-dəki daimi nümayəndəsi məlumat verib. O, həmçinin Tehranla münasibətlərin gərginləşməsinin Səudiyyə Ərəbistanının Suriya münaqişəsinin sülh yolu ilə nizamlanması prosesindən imtina etməsinə səbəb olmayacağını bildirib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bir qədər əvvəl Ər-Riyad İranla diplomatik münasibətlərin pozulmasından sonrakı vəziyyətlə bağlı yeni tədbirlərin görüləcəyini bəyan edib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr İranla bütün hava əlaqələrinin dayandırıldığını, həmçinin ticarət münasibətlərinin kəsiləcəyini və bu ölkəyə turist səfərlərinə qadağa qoyulacağını bildirib.
Eyni zamanda, BMT Təhlükəsizlik Şurası İranda Səudiyyə Ərəbistanının diplomatik missiyasına hücumu qınayıb və Tehranı bütün diplomatik obyektləri və onların əməkdaşlarını qorumağa səsləyib. İran isə öz növbəsində ölkədəki diplomatları heç bir təhlükə gözləmədiyini bildirib və vəziyyətin gərginləşməsində Ər-Riyadı günahlandırıb.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər ötən şənbə günü Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham olunan bir qrup şəxsin, o cümlədən şiə lideri Nimr ən-Nimrin edamından sonra kəskinləşib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seudiyye_Arebistani_ve_Iran_arasinda_veziyyet_gerginlesmekde_davam_edir-916121

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR