844 dərmanın qadağasına rəsmi açıqlama

844 dərmanın qadağasına rəsmi açıqlama
12:21 5 Yanvar 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyi 844 dərman preparatının dövriyyəsinin qadağan edilməsi ilə bağlı məlumat yayıb. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, dövriyyəsinə qadağa siyahıda göstərilən dərman vasitələrinin adlarına deyil.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, son günlər bir sıra kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyi tərəfindən 844 dərman vasitəsinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı informasiyalar yayılıb.

"Bununla bağlı bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən dövriyyəsinə qadağa dərman vasitələrinin adlarına deyil, ancaq siyahıda göstərilən seriyalarına qoyulub. Siyahıda adları qeyd edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb istifadə edə bilərlər".

Dövriyyəsi qadağan edilən dərman seriyaları müxtəlif ölkələrin - Türkiyə, Hindistan, Rumınya, Danimarka, Rusiya, İordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus və s. ölkələrin istehsalıdır.

Bu dərmanların sırasında Rusiya və Türkiyə istehsalı olan dərmanlar daha çox üstünlük təşkil edir. Onların arasında əhali tərəfindən gündəlik həyatda istifadə olunan və adları hər kəsə kifayət qədər tanış olan Vişnevski, Panadol, Spazmalqon, Validol kimi dərmanlar da var.

Dövriyyəsi qadağan edilən dərmanların tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5460&nid=368904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR