Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dələduzluq etməkdə təqsirləndirilən şəxs azadlığa buraxılıb

Dələduzluq etməkdə təqsirləndirilən şəxs azadlığa buraxılıb

Date: 5 January 2016 12:22

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Pərviz Yunusovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Rasim Məmmədov çıxış edib.
R.Məmmədov bildirib ki, ona dəymiş ziyan ödənildiyi üçün P.Yunusovdan şikayətçi deyil: "Mənə dəymiş ziayn geri qaytarılıb. Məhkəmədən xahiş edirəm ki, Pərviz Yunusovu azadlığa buraxasız".
Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror P.Yunusovun 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bundan sonra hakimlər müşavirəyə yollanıb. Müşavirə otağından qayıdan məhkəmə heyəti hökm oxuyub.
Məhkəmənin hökmü ilə P.Yunusova 7 il müddətinə azadlıqdan məhrum etmə təyin olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, P.Yunusov tanışı Rasim Məmmədovdan 34 min manat, Mehman Məmmədovdan isə külli miqdarda (məbləğ açıqlanmır) pul alaraq şərikli biznes quracağını vəd edib. Lakin o, həmin şəxslərin etibarından sui-istifadə edərək pullarını geri qaytarmayıb.
P.Yunusov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Tags:  Dələduzluq etməkdə təqsirləndirilən şəxs azadlığa buraxılıb

RƏYLƏR


Top news