Bayram ərəfəsində Bakı avtovağzalında sərnişin daşınması rekord həddə çatıb

Bayram ərəfəsində Bakı avtovağzalında sərnişin daşınması rekord həddə çatıb
12:28 5 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, Elvin Camalov, AZƏRTAC
Bakı Beynəlxalq Avtovağzalından dekabrın 31-dən yanvarın 4-dək müxtəlif tutumlu avtobuslar vasitəsilə ümumilikdə 1 680 reyslə 42 min 849 sərnişin daşınıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı AZƏRTAC-a deyib.
Onun sözlərinə görə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq, Bakı Beynəlxalq Avtovağzalı dekabrın 21-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Avtovağzalda ən çox sərnişin sıxlığı isə dekabrın 30-da müşahidə edilib. Belə ki, həmin gün 674 reyslə 18 mindən çox sərnişin daşınıb ki, bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bayram_erefesinde_Baki_avtovagzalinda_sernisin_dasinmasi_rekord_hedde_chatib-916125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR