Bakıda 19 yaşlı gənc qətlə yetirilib

Bakıda 19 yaşlı gənc qətlə yetirilib
12:32 5 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qətl törədilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayonun Binəqədi qəsəbəsi "DSK" yolunun üstündə üzərində bıçaq xəsarətləri olan kişi meyidi aşkarlanıb.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində meyidi tapılan şəxsin 1997-ci il təvəllüdlü Murad Hüseynov olması müəyyənləşib.
 
İsti izlərlə aparılan əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Arif oğlu Əhmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, İ. Əhmədov M. Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. R. Ağayev xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR