Keçmiş nazir prezidenti kəskin tənqid edib

Keçmiş nazir prezidenti kəskin tənqid edib
12:33 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 5 yanvar, AZƏRTAC
Çexiya Parlamentinin xarici siyasət komissiyasının sədri, ölkənin sabiq xarici işlər naziri Karl Şvartsbenqerq Avropaya kütləvi miqrasiyanın əsas təşkilatçısının “Müsəlman qardaşlar” beynəlxalq dini-siyasi assosiasiyası olduğunu söyləmiş prezident Miloş Zemanı kəskin tənqid edib.
Sabiq nazir Novinky.cz internet resursuna müsahibəsində Miloş Zemanın sözlərini belə şərh edib: “Bu, maraqlı fikridir, lakin həqiqətə əsla uyğun deyil. Cənab prezident nə təbliğ edir? Qorxu hissi. Bu, pis yanaşmadır. Məni bağışlayın, lakin vahimə yaymaq elə məsələ deyil ki, dövlət başçısı onu öz qarşısına qoysun”.
Karl Şvartsenberq Miloş Zemana məsləhət görüb ki, qaçqın düşərgələrindən birinə baş çəksin. Xarici siyasət komissiyasının rəhbəri ölkə prezidentinin bugünkü çıxışını şərh edərək deyib: “Miqrasiya dalğasının “Müsəlman qardaşlar” tərəfindən təşkil edildiyini söyləmək ağlabatmazdır. Əgər Zeman canlarını xilas etmək üçün qaçan insanlarla söhbət etsəydi, başqa cür danışardı. Əlbəttə, Praqa Qradından müxtəlif şayiələr yaymaq olar”.
Siyasətçi əmindir ki, “Müsəlman qardaşlar” nədə desəniz təqsirkar sayıla bilər, təkcə miqrasiyadan başqa.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kechmis_nazir_prezidenti_keskin_tenqid_edib-916130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR