Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

“Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb: 11 yaralı (14 Fevral 2017 08:32)
Məktəbli avtobusu qəzaya düşdü - 11 şagird... (13 Fevral 2017 21:33)

Tarix: 5 Yanvar 2016 12:33


Bakı, 5 yanvar, AZƏRTAC 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşəbbüsü (TQDK), “ASAN xidmət”in təşkilatçılığı və Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası Bakı şəhərindəki ümumtəhsil məktəblərində şəxsiyyət vəsiqələrinin verilməsini davam etdirir.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan məktəblərdə şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.
Xatırladaq ki, “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası ilk dəfə Sumqayıt şəhərində keçirilib. Aksiya çərçivəsində bu günədək Sumqayıtda 2 minə yaxın, Bakıda isə mindən çox şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Bu aksiyanın ölkənin digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.
 

Teqlər:  Sənədsiz məktəbli qalmasın aksiyası davam edir



RƏYLƏR


Top xəbərlər