Əfqanıstanda “Taliban” ilə İŞİD qruplaşması arasında şiddətli döyüşlər baş verib

Əfqanıstanda “Taliban” ilə İŞİD qruplaşması arasında şiddətli döyüşlər baş verib
12:33 5 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Əfqanıstanda “Taliban” hərəkatı ilə İŞİD qruplaşması arasında baş verən şiddətli döyüşlər nəticəsində onlarla insan həyatını itirib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, hadisə Manu rayonunda baş verib. Toqquşma zamanı 9 İŞİD yaraqlısı və 6 “Taliban” döyüşçüsü həyatını itirib.
Eyni zamanda, İŞİD qruplaşması ilə Əfqan ordusu arasında da döyüşlər qeydə alınıb. Yaraqlılar ölkənin şərqində yerləşən Nanqarhar əyalətindəki avtomobil trasında təhlükəsizlik postuna hücum edib. Əfqan polisinin verdiyi məlumata görə, insident nəticəsində 15 İŞİD yaraqlısı öldürülüb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında itkilər barədə məlumat verilmir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Afqanistanda_Taliban_ile_ISID_qruplasmasi_arasinda_siddetli_doyusler_bas_verib-916126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR