Bakı, 5 yanvar, AZƏRTAC
Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 182 kvadratmetr olan birmərtəbəli beşotaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.