Əməkdar artist həyat yoldaşından danışdı: "Ailəmizi qoruya bilmədi"

Əməkdar artist həyat yoldaşından danışdı: "Ailəmizi qoruya bilmədi"
12:42 5 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Hüsniyyə Mürvətova "Zərif qəhrəman" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa şəxsi həyatından, oğlundan bəhs edib:

"Subay vaxtlarımda heç vaxt maaş haqda düşünmürdüm. Deyirdim ki, acından ölməyəcəm ki, valideynlərim var da. İndi başa düşürəm ki, yanlış etmişəm. Mənim hələ evim yoxdur, atamgillə yaşayıram. Kreditə ev götürmüşəm, onun pulunu ödəyirəm. Hələ onu təmir etdirməliyəm. Bunun üçün də mənə külli miqdarda pul lazımdır. Həmişə xəyallarda, havada uçmuşam. Öz dünyam olub. İndi anlayıram ki, oğlumun evi olmalıdır. Yaradıcı insan üçün pul çox olmalıdır. O, başqa bir problem haqda düşünməməlidir. Özümü həmişə qorumuşam. Düşünmüşəm ki, əlavə gəlirim dublyajdan, aktrisalıqdan olmalıdır. Amma indi fikrim dəyişib. Başqa işlərlə məşğul olmağı fikirləşirəm. Mən ağlamağı sevmirəm, şükür edirəm".

H.Mürvətova ayrıldığı həyat yoldaşından da danışıb:

"Rusiyada yaşayırdı. Azərbaycana gəldi və mənimlə ailə qurdu. Mənə bir oğul övladı verdi. O, çox yaxşı insandır, sadəcə, bizimki tutmadı. Səhvləri oldu, ailəmizi qoruya bilmədi. O yox, mən ayrılmışam. 6 il ailəmi qorumaq üçün çalışdım. Hansısa bir pis qüvvə bizi ayırdı. Cavanlıq dövrü idi, ailə məsuliyyətini başa düşmürdü, mən də səbirsiz oldum. Oğlumu atasından ayırmamışam, istəyəndə görüşürlər. Vay o günə ki, kişi qadına laqeyd olsun. Xanımı qiymətləndirmək, ona qarşı diqqətli olmaq lazımdır. Heç ikinci dəfə ailə qurmağı düşünmürəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/395373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR