"Donuz əti və məhsulları ilə bağlı heç bir narahatlıq yoxdur" - RƏSMİ

"Donuz əti və məhsulları ilə bağlı heç bir narahatlıq yoxdur" - RƏSMİ
12:44 5 Yanvar 2016
21 Sosial
Ölkə mətbuatı
A- A+

 

“Azərbaycan Türkiyə və İrandan donuz, donuz əti məhsulları almır”.

Bu barədə Lent.az-a Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ( DBNX) Mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Y. Xanvəlinin dediyinə görə, məhz buna görə əhali arasında donuz əti və məhsulları ilə bağlı heç bir narahatlıq ola bilməz: “Ümumiyyətlə donuz və donuz əti məhsullarını o ölkədən alırıq ki,  həmin ölkədə həmin heyvanla bağlı yoluxucu infeksion xəstəliklər qeydə alınmış olmasın.  Azərbaycan donuz əti və məhsullarını Kanada, İspaniya və Hollandiyadan alır və buna görə heç bir narahatçılıq yoxdur. Alınan bütün məhsullar da DBNX-nin laboratoriyasında müvafiq müayinədən keçir və nəticəsindən asılı olaraq onların satışına icazə verilir”.

 

Ölkədə 7 min başa yaxın donuz saxlanıldığını qeyd edən Y. Xanvəli deyib ki, 2008-ci ildə Qəbələdə qəsəbələrdən birində donuzlar arasında Afrika taunu baş verəndən sonra Dövlət Baytarlıq Nəzarəti Xidməti bütün donuzçuluq təsərrüfatlarının qapalı şəraitə keçməsi ilə əlaqədar göstəriş verib: “O vaxtdan bəri respublikada saxlanılan donuzlar qapalı şəraitdə saxlanılır və mütəmadi olaraq hər il donuzlar arasında qan nümunələri götürülür, yoxlamalar aparılır. Eyni zamanda epizootik tədbirlər planına uyğun olaraq donuzlar arasında qarayara və digər xəstəliklərə qarşı vaksinasiya mütəmadi olaraq aparılır”.

 

“2015-ci ildə donuzlar arasında yoxlamalar aparılıb və  heç bir narahatedici  hal qeydə alınmayıb”, - deyən Y. Xanvəli əlavə edib ki, bütün təsərrüfat sahiblərinə, rayon baytarlıq idarələrinə donuzları qapalı şəraitdə saxlamağı davam etmək tapşırığı verilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR